Rusiyanın Qarabağ planı necə pozuldu? - Açıqlama


“Rusiyanın sülhməramlı kontingenti nəhayət ki, ərazilərimizi tərk edir. Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra ərazilərimiz tam şəkildə Azərbaycan Ordusunun nəzarətindədir və problem həll olunub. Bundan sonra rus hərbçilərinin ərazidə qalmasına ehtiyac yox idi. Üçtərəfli Birgə Bəyanatın müddəasına əsasən, Rusiya hərbi kontingenti 2025-ci ilədək Qarabağda qalmalı idi. Amma Rusiya o tarixdən də sonra hərbçilərini buradan çıxmaq niyyətində deyildi. Kremlin planı o idi ki, sülhməramlılar bölgəni tərk etməsinlər”.

Turkustan.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, ruslar guya ərazidə minatəmizləmə əməliyyatında Azərbaycana kömək etməyə çalışırdılar:

"Tina təmizləmək əməliyyatlarında iştirak etməklə guya fəaliyyətlərinin olduğunu, onlara ehtiyac duyulduğunu göstərmək istəyirdilər. Məqsəd bəlli idi. Getmək istəmirdilər. Amma belə olmadı. Azərbaycanın tələbi və uğurlu diplomatik danışıqlar nəticə verdi. Bu, rəsmi Bakının növbəti uğurudur”. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ