Azərbaycan və Ermənistan 1 milyon dolları bölüşdürəcək


Ermənistanın baş naziri Nikol Paşinyan Zayed mükafatı ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Paşinyan Zayed mükafatı üzrə təyin olunan 1 milyon ABŞ dollar məbləğinin Ermənistan və Azərbaycan arasında bərabər bölündüyünü deyib.

Onun sözlərinə görə, vəsait hələ köçürülməyib. Vəsaitin gələcəkdə hansı ictimai məqsəd və ehtiyaclar üçün istifadə olunacağına qərar veriləcək. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ