Şagirdlər zəhərlənməyib, vurisa yoluxub - TƏBİB


Ceyranbatan qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Turkustan.az APA-ya istinadla xəbər verir ki, şagirdlərin popkorndan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.

***

Ceyranbatan qəsəbəsindəki 2 saylı tam orta məktəbin zəhərlənən şagirdlərinə tibbi yardım göstərilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

***

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.


MANŞET XƏBƏRLƏRİ