Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülh sazişi imzalanıb ratifikasiya ediləcəyi təqdirdə baş nazir kimi fəaliyyətini başa vuracaq.
Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə brifinq zamanı danışıb.
“Sülh məsələsinə gəlincə, mən Milli Assambleyanın tribunasından da demişəm ki, həm Ermənistan daxilində, həm də ondan kənarda sülh gündəliyimizdən yayınmaq və hər gün başqa istiqamətdə hərəkət etmək üçün onlarla səbəbimiz var”, – deyə o bildirib.
Paşinyan Ermənistanın milli nağılı olan “Minqanadlı bülbül”ü misal çəkib. Onun sözlərinə görə, nağılın qəhrəmanı zirvəyə doğru gedərkən müxtəlif səslər və bəyanatlar eşitdiyi üçün qulaqlarını pambıqla tutur. Bu bəyanatlardan biri onu yolundan yayındırdıqda isə qəhrəman daşa çevrilir.
“Əgər tariximizi aşmalı olduğumuz dağa qalxmaq kimi təsəvvür etsək, orada kifayət qədər daş var. Strategiyamız ondan ibarətdir ki, problemimiz kənardan nə deyilməsində deyil, məqsədimizə doğru irəliləməyimizdədir. Əks halda bu, mümkün deyil. Biz də tariximizdən bu dərsi çıxarmışıq.
Məqsədim budur: sülh sazişi imzalanıb ratifikasiya ediləcəyi təqdirdə baş nazir kimi fəaliyyətimi başa vuracağam. Əgər bu baş verməsə, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm”, – deyə Paşinyan vurğulayıb./Bizim.Media