Hakimiyyəti ver, canını qurtar! – İsrail qarışdı, Netanyahuya gizli təklif gəldi


İsrail Prezidenti İsaak Hersoqun Baş nazir Benyamin Netanyahuya əfv müqabilində siyasətdən getməyi təklif etdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, bu barədə İsrailin “Channel 14” telekanalı məlumat yayıb.

Kanalın iddiasına görə, tərəflər arasında müzakirə edilən razılaşma planına əsasən, B. Netanyahu daha iki il baş nazir vəzifəsini icra edəcək.

Mütəfəqq olunmuş müddət başa çatdıqdan sonra o, hakimiyyəti müxalifət nümayəndəsi Qadi Eyzenkota təhvil verməli və siyasətdən tamamilə uzaqlaşacaq.

Bunun müqabilində isə Prezident İsaak Hersoq tərəfindən Netanyahuya qarşı qaldırılmış korrupsiya işi üzrə rəsmi əfv fərmanı veriləcək./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ