Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub


2026-cı il oktyabrın 28-də Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondunun nümayəndə heyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində olub.
Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva nümayəndə heyətini salamlayıb, daha sonra tərəflər arasında görüş keçirilib.
Görüşdə Fondun Analiz, texniki qiymətləndirmə və müsabiqələrin koordinasiyası şöbəsinin rəhbəri Umide Xolbekova, baş hüquqşünası Şaxriddin Abdukarimov, Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri Cəsur Curayev, QHT Agentliyinin İdarə Heyəti sədrinin müavini Elnur Bağırlı və Agentliyin digər məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı Özbəkistan nümayəndə heyətinə QHT Agentliyinin əsas fəaliyyət istiqamətləri, vətəndaş cəmiyyəti institutlarına göstərilən dəstək mexanizmləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Agentliyin fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib.
Görüşün sonunda nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.


MANŞET XƏBƏRLƏRİ