Bu gün Siyəzəndə yeniyetmənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az xəbər verir ki, saat 14 radələrində 2009-cu il təvəllüdlü Oqtay Elməddin oğlu Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb.
Qəza nəticəsində ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.
Bildirilib ki, vəfat edən O.Kərimov orta məktəbin 11-ci sinif şagirdi olub.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. (“Qafqazinfo”)