Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 5 ölü


Pakistanda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 5 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb.

Turkustan.az xəbər verir ki hadisə Pəncab əyalətinin Hafizabad şəhəri yaxınlığında qeydə alınıb. Raiwinddən Chiniota gedən avtobusun yoldan çıxaraq aşığı bildirilir. İlkin ehtimallara görə, qəzaya həddindən artıq sürət səbəb olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ