Ermənistanın Ədliyyə Nazirliyi gözlənilməz hallar baş verməzsə, yeni Konstitusiya layihəsini 2026-cı ilin noyabrında dərc etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan bildirib.
Onun sözlərinə görə, layihənin ictimai müzakirəsi qanun layihələri üçün nəzərdə tutulan prosedur əsasında aparılacaq. Lakin sənədin əhəmiyyəti və həcmi nəzərə alınaraq müzakirələr daha geniş və uzunmüddətli olacaq.
Qalyan hakimiyyətin mövcud Konstitusiyadan yalnız ayrı-ayrı müddəaları çıxarmaq deyil, tamamilə yeni Konstitusiya hazırlamaq niyyətində olduğunu bildirib./Bizim.Media