İran sanksiyalardan belə yayınırmış – Gizli şəbəkənin detalları


İranın ABŞ-ın dəniz blokadasını və Qərbin sanksiyalarını aşmaq üçün minlərlə qurumu əhatə edən gizli təchizat şəbəkəsindən istifadə etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, bu mexanizm vasitəsilə ölkəyə 2025-ci ilin yanvarından etibarən təxminən 2 milyard dollar dəyərində hərbi təyinatlı avadanlıq gətirilib:

“Adları “MOD” hərfləri ilə başlayan 5000-dən çox qurum İranın hərbi və maliyyə təchizat sisteminin mühüm hissəsini təşkil edir.

Araşdırmada göstərilir ki, 2025-ci ilin yanvarından 2026-cı ilin iyununa qədər fəaliyyət göstərən bu şəbəkənin iştirakçılarından biri — “MOD 346428” adlı qurum — raket mühərrikləri, partlayıcı maddələr və digər silah komponentlərinin İrana çatdırılmasında iştirak edib.

Məlumata görə, idxal edilən hissələr raketlərin, pilotsuz uçuş aparatlarının və raket buraxılış sistemlərinin istehsalında istifadə olunur.

Tədarükün coğrafiyasının Çin və Rusiyadan tutmuş Almaniyaya qədər uzandığı bildirilir. Hərbi təyinatlı yüklərin İrana hava, dəniz və quru nəqliyyatı vasitəsilə daşındığı qeyd olunur”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ