ABŞ Prezidenti Donald Tramp Pentaqonun Strategiya, Planlar və Siyasət üzrə direktoru, general-leytenant Brett Silviyanın (Brett Sylvia) məxfi məlumatları sızdırdığı üçün vəzifəsindən azad edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp Silviyanın "çox böyük problemlərlə" üzləşəcəyini vurğulayaraq, məlumat sızdıranların ciddi şəkildə təqib olunduğunu bildirib.
Dövlət başçısı bu barədə Cənubi Karolinada keçiriləcək mitinqə yola düşərkən jurnalistlərin suallarını cavablandırarkən danışıb. Müdafiə naziri Pit Heqsetlə (Pete Hegseth) bağlı məsələyə və Silviyanın işdən çıxarılmasına toxunan Tramp deyib: "General-leytenant Silviya Pentaqondan məxfi məlumatları sızdırıb. O, indi çox böyük və uzunmüddətli problemlərlə üz-üzədir. Biz məlumat sızdıran hər kəsi axtarıb tapırıq."
Aytən Yaşar/ Turkustan.az