“At murad və etimaddır. Həm Türkmənistan və həm də Azərbaycan arasında yüksək etimad göstəricisi var. Bəlkə də ilk dəfədir ki, Türkmənistan lideri ölkəsindən kənarda bu qədər sərbəstdir. Bu etimadın göstəricisidir.” – bu fikirləri Azərbaycan Televiziyasının “HƏDƏF” proqramının efirində Milli Məclisin depuatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, 6 milyon əhalisi olan Türkmənistanın 82 milyard ümümdaxili məhsulu var.
“Türkmənistan zəngin bir ölkədir. Bizim əməkdaşlığımız hər iki ölkəyə böyük töhfə verəcək”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: