İrəvan Bakının tələblərindən yayınır: Dillərində "2030-cu il" bitib


Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, İrəvan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir.

Bu isə onun fikrincə, Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək.

Qeyd edək ki, sərhədlərin və kommunikasiyaların açılması Ermənistandan asılıdır. Bunun üçün İrəvan konstitusiyasında dəyişiklik edərək, Azərbaycan və Türkiyəyə olan ərazi iddialarından əl çəkməlisdir. Hələlik isə, İrəvanın bu istiqamətdə hansısa addımlar atmaq niyyəti sezilmir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, Ermənistan XİN rəsmisinin bu bəyanatı İrəvanın sülh yolunda lazım olan addımları atmaqdan boyun qaçırması anlamına gəlir:

“Kommunikasiya və sərhədlərin açılması Ermənistandan asılıdır. Çünki onlar Azərbaycanın qoyduğu haqlı şərtləri yerinə yetirməlidirlər. Hətta Vaşinqtolnda həmin şərtlər birmənalı olaraq Paşinyan üçün “ev tapşırığı” adlandırılmışdı. Təəssüf ki, rəsmi İrəvan bir çox məsələlərdə vaxtı uzatmaqla məşğuldur. Ermənistan XİN rəsmisi tərəfindən verilən bu açıqlama İrəvanın öz siyasətindən əl çəkmədiyini göstərən növbəti bəyanatdır. Bu bir daha həm də onu göstərir ki, İrəvan sülhün əldə edilməsi yolunda lazım olan addımları atmaqdan boyun qaçırmaqda davam edir”.


MANŞET XƏBƏRLƏRİ