İrəvanda Zəngəzur dəhlizi qapalı müzakirəyə çıxarıldı


Ermənistanın hakim "Mülki müqavilə" partiyası bağlı qapılar arxasında Sünik bölgəsindən keçən (Zəngəzur-red.) və Azərbaycanla Naxçıvanı birləşdirən avtomobil yolu ilə bağlı məsləni müzakirə edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzetinin dərc etdiyi materialda qeyd edilib.

Məlumata görə, toplantıda Baş nazir Nikol Paşinyanın əhval-ruhiyyəsi nəzərəçarpacaq dərəcədə gərgin olub.

“Mülki müqavilə” partiyasının üzvləri qəzetə deyiblər ki, Baş nazirin Türkiyə, Əbu-Dabi və Avropa ölkələrinə son səfərləri zamanı gözlədiyi nəticə və təminat alınmayıb. Hakimiyyətdə belə bir fikir dolaşır ki, indiki mərhələdə beynəlxalq qüvvələr Paşinyanın Zəngəzur dəhlizilə bağlı üstünlük verdiyi formatı dəstəkləməyəcək.

“Joğovurd” iddia edir ki, qapalı müzakirə zamanı Paşinyan Zəngəzur dəhlizinin ölkənin yurisdiksiyası çərçivəsində açılmasına çalışacağını vurğulayıb.

"Hökumət daxilində narahatlıq var ki, dəqiq strategiya olmasa, vəziyyət nəzarətdən çıxa bilər və Azərbaycanla Ermənistan arasında sülh sazişi heç vaxt imzalana bilməz”, - nəşr qeyd edir. /modern.az/


MANŞET XƏBƏRLƏRİ