Natiq Məmmədliyə MEDİA-da yüksək vəzifə verildi


Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.

Turkustan.az xəbər verir ki, MEDİA-nın Müşahidə Şurasının ilk iclasında Əməkdar jurnalist Natiq Məmmədli Ağentliyin icraçı direktorunun təqdimatı əsasında Müşahidə Şurasının səsverməsiylə icraçı direktorun müavini təyin edilib.

Qeyd edək ki, N.Məmmədli indiyə kimi Agentlikdə Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə çalışıb.

N.Məmmədli 2005-2006 “Gün-səhər” qəzetində Baş redaktorun müavini olub.

2006-2010-cu ildə "Azadlıq" Radiosunun Web qrupun rəhbəri işləyib.

2010-2015-ci illərdə “Kaspi” qəzetinin baş redaktoru olub.

2015-ci ildən "Sputnik-Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun Milli versiyanın baş redaktoru vəzifəsində çalışıb.

Bir sıra bədii əsərlərin müəllifidir. Tarix üzrə fəlsəfə doktorudur.


MANŞET XƏBƏRLƏRİ