İsrail ordusunun 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına endirdiyi zərbələrin yaratdığı genişmiqyaslı dağıntılar yenilənmiş peyk görüntülərində əks olunub.
Turkustan.az xəbər verir ki, Google Maps-də yayımlanan yeni görüntülər Qəzzada dağıntıların miqyasını aydın şəkildə göstərir.
İsrailin hücumları nəticəsində təxminən 2,4 milyon insanın yaşadığı Qəzza zolağında binaların böyük hissəsinin dağıldığı bildirilir.
İnfrastrukturun da ciddi zərər gördüyü bölgədə minlərlə fələstinli yaşayış şəraitinin ağır olması səbəbindən çadırlarda məskunlaşmaq məcburiyyətində qalıb.
Yenilənmiş peyk görüntülərində Qəzza zolağının müxtəlif ərazilərində dağıdılmış və ya ciddi zərər görmüş binalar, eləcə də infrastrukturun vəziyyəti əks olunub.
Aytən Yaşar/ Turkustan.az