Yunanıstanın paytaxtı Afinada hakim Yeni Demokratiya Partiyasının iki ayrı ofisinə eyni gündə hücum edilib.
Turkustan.az xəbər verir ki, hadisələr zamanı ofislərin pəncərələri sındırılıb, girişlərə və binaların fasadlarına boya səpilib.
Yunanıstan mətbuatının məlumatına görə, sentyabrın 27-də Afinanın Kipseli rayonunda partiyanın ofisi naməlum şəxslərin hücumuna məruz qalıb. Hücum edənlər pəncərələri sındıraraq ofisin girişinə boya atıblar.
Həmin axşam paytaxtın Dafni rayonunda isə Yeni Demokratiya Partiyasının üzvü, keçmiş nazir Andreas Loverdosun siyasi ofisinin fasadına boya səpilib.
Hadisələrlə bağlı araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az