ABŞ-ın Londondakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayımlayaraq, ölkədəki ABŞ vətəndaşlarını sayıq olmağa və şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirməyə çağırıb.
Turkustan.az xəbər verir ki, səfirliyin yazılı açıqlamasında dünən ABŞ ordusu tərəfindən istifadə edilən İngiltərədəki Fairford bazasında terror aktı cəhdinin baş verdiyi bildirilib .
Böyük Britaniyada yaşayan ABŞ vətəndaşlarını ehtiyatlı olmağa və öz təhlükəsizlik tədbirlərini nəzərdən keçirməyə çağıran bəyanatda bazanın yaxınlığındakı kənddəki bəzi evlərin boşaldıldığı da qeyd edilib.
Ölkədə terror hücumlarının yüksək riski vurğulanan bəyanatda deyilir: "ABŞ ilə əlaqəli binalar, görüşlər və tədbirlər daha yüksək risk daşıya bilər. ABŞ vətəndaşları yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına qulaq asmalıdırlar".
Aytən Yaşar/ Turkustan.az