Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Turkustan.az Hacıbaba Babayevin tərcümeyi-halını təqdim edir:
Hacıbaba Adil oğlu Babayev 1978-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.
1985-1993-cü illərdə orta məktəbə gedib. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini iqtisadiyyatı tənzimlənməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.
Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb. 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib.
2022-ci il iyulun 5-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Bu günədək həmin vəzifəni icra edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
/modern.az