Ukrayna ordusu cəbhənin mühüm istiqamətlərindən biri olan Liman bölgəsində keçirdiyi əməliyyat zamanı təxminən 250 rus əsgərini əsir götürüb.
Turkustan.az xəbər verir ki, əməliyyat nəticəsində Ukrayna qüvvələrinin bölgədəki mövqelərini gücləndirdiyi bildirilir.
Məlumata görə, ərazidə həyata keçirilən quru əməliyyatı zamanı Rusiya qoşunlarına zərbə vurulub və çoxsaylı hərbçi əsir götürülüb.
Liman bölgəsi cəbhə xəttində strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri hesab olunur.
Aytən Yaşar/ Turkustan.az