Avropada Rusiya hazırlığı: Böyük boşluqlarımız var


Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Avropanın müdafiə qabiliyyətlərində ciddi boşluqların olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Kallas Rusiyanın Avropa ölkələrini Ukraynaya dəstəyi azaltmağa məcbur etmək üçün təxribatlar planlaşdıra biləcəyini deyərək ehtiyatlı olmağa çağırıb.

Kallas Brüsseldə keçiriləcək Aİ müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlama verib. O bildirib ki, toplantıda Avropa Müdafiə Agentliyinin hazırladığı Aİ-nin müdafiə hazırlığı ilə bağlı hesabat müzakirə olunacaq.

Aİ-nin müdafiə sahəsinə investisiyaları artırdığını qeyd edən Kallas bununla belə, mövcud imkanlardakı çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Biz çox iş görmüşük. Müdafiə investisiyaları artıb, amma eyni zamanda müdafiə qabiliyyətlərimizdə böyük boşluqlar var. İndi diqqətimizi bu boşluqların necə aradan qaldırılacağına yönəltməliyik”.

Kallasın sözlərinə görə, Aİ ölkələri orta hesabla ÜDM-lərinin 2,2 faizini müdafiəyə ayırır. O, bu göstəricinin özünün belə çəkindirici amil olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ