Yəməndə qarşıdurmalar şiddətləndi


Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları ilə hökumət qüvvələri arasında Taiz, Lahic və Bab əl-Məndəb boğazı ətrafındakı cəbhələrdə toqquşmaların şiddətləndiyi bildirilir.

Turkustan.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, bu gün Taizin əl-Vəziyyə rayonunda, Lahicdəki Sabiha cəbhəsində və Bab əl-Məndəb yaxınlığındakı Kəhbub bölgəsində toqquşmalar baş verib. Husi qüvvələrinin bəzi ərazilərə əlavə qüvvələr göndərdiyi bildirilib.

Taizdəki hərbi mənbələr şəhərin şərqində husilərə məxsus olduğu iddia edilən ərazilərə, o cümlədən düşərgə və mühəndislik bölməsinə beş hava zərbəsinin endirildiyini açıqlayıb. Həmçinin əl-Kedha cəbhəsində husilərə məxsus silahlı pilotsuz uçuş aparatının vurulduğu bildirilib.

Kəhbub cəbhəsində isə Amalika Qüvvələrinin iki Husi maşınını məhv etdiyi qeyd olunub. Eyni ərazidə sursat daşıdığı bildirilən Husi yük maşınının da məhv edildiyi açıqlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ