"Whatsapp"dakı bu "fırıldağı" çox adam bilmir - Xəyanət edənlərin "sirri" ifşa oldu


"Whatsapp"da mesajları tam gizlətmək mümkündür.

Çoxu "Whatsapp"da mesajları gizlətmək üçün arxivləsə də, mesajları tamamilə görünməz etmək olur.

iPhone-larda kilidlənmiş mesajlara xüsusi kod qoymaqla onları tam gizlətmək imkanı yaranır.

"Whatsapp" çatlarını kodla gizlətmək qaydası:

Birinci mərhələ Chat Lock aktivləşdirmək

  • Whatsapp-ı açın
  • Gizlətmək istədiyiniz söhbətə daxil olun
  • Yuxarıda olan adın üzərinə toxunun
  • "Chat Lock" bölməsini seçin
  • Telefonunuzun ekran parolu və ya barmaq izini təsdiqləyin
  • Bloklama açıldıqdan sonra həmin söhbət siyahıdan gizlənir
  • İkinci mərhələ Gizli söhbətləri açmaq
  • Whatsapp əsas ekranında barmağı yuxarıdan aşağı çəkin
  • "Locked chats" bölməsi açılacaq
  • Giriş üçün telefonunuzun parolu və ya barmaq izi tələb olunacaq
  • Kod təsdiqlənəndən sonra gizlədilmiş mesajlar görünəcək

Üçüncü mərhələ Xüsusi kodla gizlətmək (Whatsapp-ın yeni funksiyası)
Whatsapp bəzi ölkələrdə gizli söhbətlər üçün ayrıca kod təyin etməyə imkan verir.

  • Tənzimləmələr bölməsinə keçin
  • "Privacy" hissəsini açın
  • "Chat Lock" bölməsinə toxunun
  • "Secret code" seçin
  • Öz kodunuzu yazın

Bu kodu yazmadan gizli söhbətlər heç bir yerdə görünmür.

Qeyd edək ki, bu qaydalar rəsmi Whatsapp funksiyalarıdır və təhlükəsizlik üçündür. /Milli.Az/


MANŞET XƏBƏRLƏRİ