Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublar


Alimlər Yer kürəsinə tədricən yaxınlaşan 3I/ATLAS kosmik obyektindən ilk radiosiqnalı 1665 MHz və 1667 MHz xətlərində tutmağa müvəffəq olublar.

Turkustan.az bu barədə "The Astonomer 's Telegram" portalına istinadən xəbər verir.

Radiosiqnal oktyabrın 24-də Cənubi Afrikada yerləşən "MeerKAT" radioteleskopu vasitəsilə tutulub.

Harvard Universitetinin alimi Avi Loeb bildirib ki, 2026-cı il martın 26-da 3I/ATLAS Yupiterin yanından keçərkən, "Yunona" kosmik aparatı obyektdən aşağıtezlikli siqnal tutmağa çalışacaq.

3I/ATLAS kosmik obyekti 1 iyul tarixində görünüb. Daha sonra alimlər müəyyən ediblər ki, bu, başqa bir ulduz sistemindən olan kometadır. Həmçinin obyektin təxminən 7,5 milyard yaşında olduğu müəyyən edilib, yəni Günəşdən 3 milyard il böyükdür./oxu.az


MANŞET XƏBƏRLƏRİ