Ukrayna prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merzlə telefon danışığı apardığını bildirib.
Turkustan.az xəbər verir ki, Ukraynaya verdikləri dəstəyə görə Avropa liderlərinə təşəkkürünü bildirən Zelenski, "Ukrayna və bütün Avropa üçün sülh planını müzakirə etdik" dedi.
ABŞ-ın müharibəni bitirmək üçün hazırladığı “sülh planı” üzərində işləməyə davam etdiklərini vurğulayan Zelenski bunları qeyd edib:
"Biz ABŞ, Prezident (Donald) Tramp və komandasının bu müharibəni bitirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Biz ABŞ tərəfinin hazırladığı sənəd üzərində işləyirik. Bu, əsl və şərəfli sülhü təmin edəcək bir plan olmalıdır".
"Biz fundamental mövqelərin nəzərə alınmasını təmin etmək üçün sıx koordinasiyadayıq", - Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az