Fransada Baş Qərargah rəisi general Fabien Mandonun Rusiya təhlükəsi ilə bağlı səsləndirdiyi sərt xəbərdarlıq ölkənin siyasi gündəminə damğa vurub.
Turkustan.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
O, milli təhlükəsizlik qiymətləndirməsi zamanı çıxış edərkən bildirib:
“Fransa öz kimliyini qorumaq üçün lazım gəldikdə əziyyət çəkməyə və hətta uşaqlarını itirməyə hazır olmalıdır”.
Bu məsələ ictimaiyyətdə böyük rezonans doğurub. Açıqlamanın ardından həm parlamentdə, həm də siyasi dairələrdə ciddi müzakirələr başlayıb. Müxalifət bunu “müharibə ritorikası” kimi qiymətləndirərək hökuməti sərt tənqid edib.
Hökumət isə iddia edir ki, generalın fikirləri kontekstdən çıxarılaraq ictimaiyyətə yanlış təqdim olunub. /Globalinfo.az/