Alman ekspert: Yeni sülh planı Ukrayna və Avropa üçün rüsvayçılıqdır


Vaşinqtonun indiki formada təklif etdiyi sülh planı qəbuledilməzdir və Avropa liderləri bunu ABŞ prezidenti Donald Trampa çatdırmalı və öz yanaşmalarını təklif etməlidir.

Turkustan.az xəbər verir ki, bu fikri Almaniya Xarici Əlaqələr Şurasının (DGAP) eksperti Ştefan Mayster söyləyib.

"Bu plandan yaxşı heç nə çıxa bilməz - Ukrayna üçün yalnız mənfi nəticələr mümkündür. Böyük əksəriyyət, deyək ki, orada yazılanların 90-95 faizi Ukrayna üçün qəbuledilməzdir. Əgər ümumiyyətlə müqayisə edə bilsək, bu, əvvəlkindən də pisdir", - ekspert bildirib.

O, belə bir planın Kiyev və avropalıların iştirakı olmadan razılaşdırıldığı və Rusiyaya mahiyyət etibarı ilə istədiyinin verildiyi, onun tərəfindən heç bir əks tədbir görülmədiyi halda bunu Ukraynanın nüfuzunun və suverenliyinin alçaldılması və faktiki olaraq sarsıdılması adlandırıb.

"Əslində bu, Rusiyanın tələblərinin legitimləşdirilməsidir. Və Ukrayna üçün uzunmüddətli nəticələrə gətirib çıxaracaq, onun təhlükəsizliyinə və suverenliyinə mənfi təsir edəcək faktlar yaradılır", - Mayster qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ