Çağ Universiteti EFQM “Üstün Performans Ödülü”nə layiq görülüb - FOTOLAR


Avropanın aparıcı idarəetmə təşkilatlarından biri olan European Foundation for Quality Management (EFQM, Diegem-Belçika) 2025-ci il üçün “Üstün Performans Ödülü”nün qaliblərini elan edib.

Mükafat idarəetmə, strateji planlaşdırma, innovasiya və müştəri məmnuniyyəti sahələrində yüksək nəticələr göstərən təşkilatlara təqdim olunur. EFQM rəsmilərinin açıqlamasına görə, qalib təşkilatlar davamlı inkişaf, effektiv liderlik və sosial məsuliyyət istiqamətlərində nümunəvi fəaliyyətləri ilə seçiliblər.

Bu il mükafata layiq görülənlər arasında Türkiyənin Çağ Universiteti də yer alıb. Universitetin heyətində professor Xaləddin İbrahimlinin də fəaliyyəti qeyd olunub. Mükafatın təqdimetmə mərasimi xüsusi tədbirlə keçirilib və qalib təşkilatlar uğurlarına görə təltif olunublar.

EFQM-in“Üstün Performans Ödülü” dünya miqyasında təşkilatların liderlik, strateji idarəetmə və sosial məsuliyyət sahələrində yüksək standartları təşviq edən prestijli mükafat hesab olunur.


MANŞET XƏBƏRLƏRİ