WhatsApp-da reklam dövrü başladı – şəxsi yazışmalar təhlükədədir?


“Meta” şirkəti WhatsApp-da uzun müddətdir gözlənilən reklamları aktivləşdirməyə başlayıb. Yenilik yalnız “Yeniləmələr” bölməsinə aid olacaq və şəxsi mesajlaşmalar, zənglər, çatlar reklamdan tamamilə qorunacaq.

Turkustan.az xəbər verir ki, əsas hədəf – kanallardır. İstifadəçilərə maraqlandıqları kanalları izləmək və onlara abunə olmaq üçün müxtəlif reklam məzmunları göstəriləcək. Bununla yanaşı, Status bölməsində də sponsorlu paylaşımlar görünə bilər.

Bu dəyişiklik 1,5 milyarddan çox aktiv istifadəçini əhatə edə bilər. Amma yalnız “Yeniləmələr” funksiyasından fəal istifadə edənlər reklamları görəcək.

Əsas narahatlıq doğuran məsələ – məxfiliyin pozulmasıdır. Şirkət bununla bağlı zəmanət verir: şəxsi yazışmalar, zənglər, məkan və kontaktlar heç bir halda reklam məqsədilə istifadə olunmayacaq.

Reklamlar sadəcə ümumi profil məlumatlarına, istifadə edilən cihaz haqda texniki göstəricilərə və “Yeniləmələr”dəki aktivliyə əsaslanacaq. Bütün bu məlumatların anonim saxlanıldığı da vurğulanır. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ