“Soruşdum, dedilər, bəli, Qarabağ Azərbaycanın olmaya bilər” – Paşinyan


“2019-cu ildə həmsədrlər Qarabağla bağlı sənədi əvvəlki dövrün danışıqlarının qısa xülasəsi kimi təqdim etmişdilər”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Soruşdum ki, bu paketlərlə elə bir mexanizm mümkündürmü ki, Qarabağ Azərbaycan tərkibində olmasın? Dəqiq cavab verilib — bəli, əgər Azərbaycan razılaşsa”, – deyə, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ötən gün Ermənistan hökuməti keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sərkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ