Reuters: Tramp və Zelenski görüşdən əvvəl Aİ liderləri ilə danışacaq


ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski görüşdən əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Aİ liderləri ilə telefon danışığı aparacaqlar.

Turkustan.az xəbər verir ki, agentliyin mənbəsi dəqiqləşdirib ki, görüş dekabrın 27-də keçiriləcək. Mənbə Axios-a bildirib ki, söhbətin məqsədi bütün iştirakçıları davam edən danışıqların gedişi barədə məlumatlandırmaqdır.

Donald Tramp və Vladimir Zelenski dekabrın 28-də Florida ştatının Palm Biç şəhərində görüşəcəklər. Danışıqlar yerli vaxtla saat 15:00-da başlayacaq. Ukrayna prezidenti bildirib ki, görüşdə silahsızlaşdırılmış zonanın yaradılmasını da əhatə edən 20 maddəlik sülh planının yeni versiyasını təqdim edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ