Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşdən bir neçə saat əvvəl ölkəsinin müharibədən sonrakı bərpası ilə bağlı mühüm açıqlama verib.
Turkustan.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın tammiqyaslı bərpası üçün 700–800 milyard dollar həcmində vəsaitə ehtiyac var. O bildirib ki, Kiyev bu istiqamətdə Vaşinqtonla sıx əməkdaşlıq edir və tərəflər “Ukraynanın rifah yol xəritəsi” üzərində birgə işləyirlər.
Ukrayna lideri vurğulayıb ki, söhbət təkcə dağıdılmış infrastrukturun bərpasından deyil, eyni zamanda ölkənin uzunmüddətli iqtisadi dayanıqlığının və inkişaf perspektivlərinin təmin edilməsindən gedir. ABŞ-la aparılan məsləhətləşmələr məhz bu strateji məqsədlərə xidmət edir. /Musavat.com/