ABŞ prezidenti Donald Tramp illər əvvəl yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada vəfat edən Ceffri Epşteynlə münasibətlərinə son qoyduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında verdiyi açıqlamada Epşteynlə yaxın əlaqələri olan, onun adasını ziyarət edən, ona külli miqdarda pul verən və tədbirlərində iştirak edən bir çox insanın olduğunu bildirib.
Tramp, bu şəxslərin Epşteyndən uzaqlaşdıqlarını və onunla yaxın əlaqələrini inkar etdiklərini iddia edərək, "İşlər qızışmağa başlayanda birdən Epşteyni tərk etdilər, onunla heç bir əlaqələrinin olmadığını dedilər və sonra məni günahlandırdılar. Epşteynlə əlaqələrini kəsən tək mən idim və bunu Epşteyndən uzaqlaşmaq "dəbə" çevrilməzdən çox əvvəl etdim" dedi.
Aytən Yaşar/ Turkustan.az