Özünü peyğəmbər elan edib Nuhun gəmisini yenidən tikdi: Dekabrla bağlı bəd proqnoz verdi


Qanada yaşayan Ebo Nuh (Ebo Noah) adlı şəxsi sosial mediada gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, o, özünü peyğəmbər elan edərək dünya üzərində ikinci böyük tufanın baş verəcəyini iddia edir və buna hazırlaşmaq üçün Nuhun gəmisinə bənzər iri taxta gəmilər tikib.

Məlumata görə, Ebo Nuh deyib ki, tufan dekabrın 25-də başlayacaq və qurduğu gəmilər istənilən kəs üçün açıqdır. O, bu layihə üzərində təxminən üç ildir çalışır və sosial şəbəkələrdə tez-tez gəmidə və tikinti prosesində çəkilmiş videolarını paylaşır.

Beynəlxalq media da bu hadisəni işıqlandırıb. Onun Qana sakinləri tərəfindən tikilmiş bir neçə gəmiyə sahib olduğu və sosial mediada böyük maraq doğurduğu qeyd edilir.

Lakin həmçinin bəzi şərhlərdə Ebo Nuhun sadəcə diqqət çəkməyə çalışdığı və ya məzmun yaradıcısı kimi fəaliyyət göstərdiyi bildirilir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ