Zelenski: Bizim ən əsas prioritetimiz müharibəyə son qoymaqdır


Ukrayna Prezidenti Vladimir Zelenski müharibəyə son qoymağın onların əsas prioriteti olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski sülh danışıqları üçün ABŞ-a səfər etməzdən əvvəl Telegram hesabında yazılı açıqlama yayıb.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planı ilə bağlı danışıqların ABŞ-da keçiriləcəyini xatırladan Zelenski bildirib ki, "Əlbəttə ki, Ukrayna və Ukrayna xalqı üçün qırmızı xətlər var".

Ukraynanın ərazi bütövlüyünün və Zaporojye Atom Elektrik Stansiyasının onlar üçün həssas məsələlər olduğunu qeyd edən Zelenski bildirib ki, "Razılaşmadığımız məqamları minimuma endirmək üçün çalışmalıyıq".

Zelenski sülh planına daxil olan bəndlərin Ukrayna xalqı tərəfindən təsdiqlənməli olduğunu bildirib və "Bu, referendum və ya müəyyən hüquqi dəyişikliklər ola bilər. Ən vacibi təhlükəsizlik zəmanətləridir" şərhini verib.

Zelenski seçkilər zamanı ölkə miqyasında atəşkəsə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, "seçkilər və ya referendum zamanı ən azı ərazimizdə təhlükəsiz hava məkanı və təhlükəsizlik olmalıdır. Hər yerdə müşahidəçilərin olması vacibdir".

Aytən Yaşar/ Turkutan.az


MANŞET XƏBƏRLƏRİ