Zelenskinin Trampla görüşü ictimaiyyətə açıqlanacaq


Prezident Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Floridada görüşünün ictimaiyyətə açıq olacağını bildirib.

Turkustan.az əbər verir ki, dövlət başçısı bunu jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Düşünürəm ki, görüşümüz kameralar və media ilə olacaq. Bilmirəm, əvvəlində, yoxsa sonunda olacaq, amma bu, açıq görüşdür”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu görüşün özü danışıqlarda irəliləyişin olduğunu göstərir.

“Qrupumuz - Rüstəm Umerov, Andrey Qnatov, Cared Kuşner və Stiv Vitkovla birlikdə artıq Mayamidə işləyiblər, bir neçə görüş keçirilib və razılığa gəldik ki, irəliləyiş olarsa, rəhbərlik səviyyəsində görüş keçiriləcək. Sabah Floridada Prezident Trampla görüşümüz də irəliləyişin olduğunu göstərir”, - deyə Zelenski bildirib .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ