Kanada Ukraynaya 1,8 milyard dollarlıq əlavə iqtisadi yardım elan etdi


Kanadanın Baş naziri Mark Karni Ukraynaya əlavə iqtisadi yardım ayrıldığını elan edərək, Prezident Vladimir Zelenskinin rəhbərliyi altında ədalətli və davamlı sülhə nail olmaq üçün şərait yaradıldığını, lakin bunun üçün Rusiyanın hazırlığının tələb olunduğunu vurğuladı.

Turkustan.az xəbər verir ki, Karni bunu şənbə günü Zelenski ilə Halifaksda görüşündə bildirib.

Kanadanın Baş naziri vurğulayıb ki, "Sizin rəhbərliyiniz altında ədalətli və davamlı sülh üçün şərait və fürsət var, lakin bunun üçün Rusiyanın istəyi lazımdır".

O qeyd edib ki, Rusiya Federasiyasının Kiyevə qarşı gecə hücumu tərəfdaşlar tərəfindən Ukraynaya davamlı dəstəyin vacibliyini nümayiş etdirir.

Karni bildirib ki, "Bu gecə Kiyevə hücum bu çətin dövrdə Ukraynanı dəstəkləməyin və ədalətli və davamlı sülh və həqiqi yenidənqurma üçün şərait yaratmağın nə qədər vacib olduğunu göstərir".

Baş nazir həmçinin Ukrayna üçün yeni yardım paketini açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ