İran prezidenti Məsud Pazeşkian bildirib ki, "Biz ABŞ, İsrail və Avropa ilə tammiqyaslı müharibədəyik.
Turkustan.az xəbər verir ki, bu müharibə İraqla apardığımız müharibədən daha pisdir".
Pezeşkyan İran lideri Əli Xameneinin rəsmi saytında dərc olunmuş müsahibədə cari hadisələrlə bağlı şərhlər verib.
ABŞ, İsrail və bəzi Avropa ölkələrinin İranın məhv edilməsinin tərəfdarı olduğunu bildirən Pezeşkian: "Biz ABŞ, İsrail və Avropa ilə tam müharibədəyik. Bu müharibə İraqla apardığımız müharibədən daha pis, daha mürəkkəb və daha çətindir. İraqla vuruşduğumuz zaman vəziyyət olduqca aydın idi. Onlar raketlər atırdılar və hara zərbə vuracağım bəlli idi. Amma bu gün onlar bizi hər tərəfdən mühasirəyə alır və təzyiq göstərirlər. Onlar ticarətimizə mane olur və müxtəlif məsələlərdə ictimai gözləntiləri artırırlar" dedi.
Aytən Yaşar/ Turkustan.az