İranla bağlı şok: 46 milyon insanı itirəcək...


Qarşıdakı illərdə İranda əhalinin azalması tendensiyası ən böyük böhranlardan birinə çevriləcək.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran daxili işlər naziri İsgəndər Momeni bildirib.

“Azalma tempi və sürəti davam edərsə, 2101-ci ildə ölkə əhalisi 40 milyon nəfərdən aşağı düşəcək. Bu, böyük fəlakət və bir ölkəni təhdid edən ən böyük təhlükə deməkdir”, - nazir vurğulayıb.

Qeyd edək ki, hazırda İran əhalisinin sayı təxminən 86 milyondur.


MANŞET XƏBƏRLƏRİ