76 illik müharibə BİTƏ BİLƏR: Cənubi Koreya ağ bayraq qaldırdı


Cənubi Koreya Şimali Koreyaya müharibənin başa çatdırılması ilə bağlı danışıqlara başlamağı təklif edib.

Turkustan.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreyanı tammiqyaslı sülh nizamlanmasına keçməyə, həmçinin danışıqlar çərçivəsində KXDR-in nüvə potensialının gələcək inkişafının dayandırılmasını müzakirə etməyə çağırıb.

Lakin Şimali Koreya hələlik Cənubi Koreyanın bu təşəbbüsünə cavab verməyib. Şimal və Cənub arasında münasibətlər gərgin olaraq qalır.

Qeyd edək ki, Koreya müharibəsi 1950-ci il iyunun 25-də başlayıb. Seul və Pxenyan arasında mövcud atəşkəs 1953-cü ildən qüvvədədir./modern.az


MANŞET XƏBƏRLƏRİ