Rusiya ordusunun avqustun 15-dən 16-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində şəhərin ən böyük kitab bazarı məhv edilib.
Poçayna metrostansiyası yaxınlığında yerləşən kitab bazarı yanaraq tamamilə külə dönüb.
30 ildən artıqdır fəaliyyət göstərən bu bazarda müxtəkif janrlara aid 10 minlərlə nüsxə kitab satılırdı.
Hava hücumu zamanı Kiyevdə Obolon, Qoloseyev rayonlarında dağıntılar qeydə alınıb, mülki insanlar arasında xəsarət alanlar var.
Turkustan.az Azərtac-a istinadən fotoları təqdim edir:






