Polşa “Avropa legionu” adlı daimi hərbi qüvvələrin yaradılmasını təklif edib.
Turkustan.az xəbər verir ki, Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski NATO daxilində Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımasını təmin edəcək daimi Avropa qüvvələrinin yaradılmasının tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, “Avropa legionu”na qitənin müxtəlif ölkələrindən təcrübəli hərbçilər, o cümlədən müharibə başa çatdıqdan sonra ukraynalı veteranlar cəlb oluna bilər.
Sikorski vurğulayıb ki, söhbət NATO-ya alternativ yaratmaqdan getmir. Legion Alyans daxilində Avropa komponentini gücləndirməli və NATO ilə rəqabət aparmamalıdır./Bizim.Media