Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi


ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.

Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımının göstərilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildə Konqres ABŞ Prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq (dondurmaq) səlahiyyəti verib.

Həmin vaxtdan etibarən ABŞ dövlət başçıları hər il 907-ci düzəlişin qüvvəsinin dayandırılması müddətini uzadır və bununla bağlı Konqresə rəsmi məlumat təqdim edirlər. /Qafqazinfo/


MANŞET XƏBƏRLƏRİ