Burada zərər görən tərəf Avropadır - Ərdoğan


Görünür, Avropa Türkiyəni Avropa Birliyinə qəbul etmək niyyətində deyil.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə AB-yə üzvlük bizim prioritetimiz deyil:

“Türkiyənin AB-yə qoşulmamasından zərər görən tərəf məhz Avropadır. Misirin “Məkkə” Sazişinə qoşulması da mümkündür. Saziş iştirakçı ölkələrdən birinə xarici təcavüz olduğu təqdirdə birgə hərəkət etməyi nəzərdə tutur və gələcəkdə digər ölkələrin də sazişə qoşulmasına imkan verir. Hörmüz boğazında gəmiçiliyin bərpası Ankara üçün prioritetdir. Boğazın bağlı qalması heç kimin maraqlarına cavab vermir”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ