Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalatbek Masadıkov Ermənistanın təşkilatda gələcək iştirakı ilə bağlı rəsmi İrəvana çağırış edib.
Turkustan.az xəbər verir ki, Masadıkov Ermənistanın KTMT-dəki fəaliyyət perspektivləri ilə bağlı yekun qərarın "ağlabatan müddətdə qəbul edilməli olduğu" mövqeyindən çıxış etdiklərini bəyan edib.
Bundan əvvəl Rusiyanın KTMT yanındakı daimi nümayəndəsi Viktor Vasilyev bildirmişdi ki, Ermənistanın təşkilatın orqanlarında səs hüququndan məhrum edilməsi haqqında qərarın qəbulu konsensus tələb edir.
Diplomatın sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət başçıları böyük ehtimalla bu məsələni müzakirə edəcəklər./Musavat.com