Somali piratları ASANA neft tankerini qaçırdı


Yəmən Sahil Mühafizəsi Ədən körfəzində "icazəsiz şəxslərin gəmiyə minməsi" kimi qeydə alınan hadisənin Somali piratları tərəfindən həyata keçirilən ASANA neft tankerinin qaçırılması olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, məlumata görə, neft tankeri Hadramaut əyaləti sahillərindən təxminən 26 dəniz mili məsafədə Somali piratlarının hücumuna məruz qalıb və ələ keçirilib.

Yəmən Sahil Mühafizəsi bildirib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əməliyyat mərkəzi vasitəsilə bölgədə fəaliyyət göstərən beynəlxalq tərəfdaşlar və dəniz təhlükəsizliyi qurumları ilə koordinasiya işlərinə başlanılıb. Tankerin vəziyyəti və hadisənin gedişi diqqətlə izlənilir.

Bəyanatda qeyd olunub ki, Yəmən Sahil Mühafizəsinin gəmisi də daxil olmaqla bir neçə dəniz vasitəsi tankerə doğru hərəkət edir. Gəmi eyni zamanda hava kəşfiyyatı vasitəsilə nəzarətdə saxlanılır.

İlkin məlumata əsasən, tankerin idarəetmə körpüsünün yaxınlığında bir nəfər müşahidə olunub. Gəminin Somali sahilləri istiqamətində cənub-şərqə doğru yavaş sürətlə hərəkət etdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ