Haluk Leventin ABŞ-dan göndərdiyi video yayıldı: "Pul buradadır, qardaş"


İstanbul Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent Başaran Holdinqin İdarə Heyətinin sədri Hüseyn Başaranın iddiaları üzrə də ifadə verib.

Turkustan.az xəbər verir ki, iddialara görə, Haluk Levent və digər şübhəlilərin təxminən 60 milyon dollar dəyərində olan 22 daşınmaz əmlakı saxtakarlıq yolu ilə ələ keçirməyə cəhd etdikləri irəli sürülür.

Haluk Levent prokurorluğa verdiyi ifadədə bu iddiaları qəti şəkildə rədd edib. O bildirib ki, məsələ yalnız borc münasibətlərindən qaynaqlanan kommersiya mübahisəsidir və cinayət tərkibi daşımır.

"İstintaq yalnız borc-kredit münasibətləri ilə bağlıdır. Mən cinayət törətməmişəm, günahsızam", – deyə Levent ifadəsində bildirib.

Digər tərəfdən, Leventin Hüseyn Başarana göndərdiyi video ortaya çıxıb. "Show Haber"in əldə etdiyi görüntülərdə ABŞ-da olan Leventin İstanbulda iş adamları üçün video çəkdiyi, mahnı oxuduğu və kameraya "Pul burdadır, qardaş" dediyi görünür. İddialara görə, Levent iş adamlarını bu şəkildə aldadıb, pullarını mənimsəyib və milyonlarla dollarlıq fırıldaqçılıq edib.

Haluk Leventin ABŞ-dan iş adamı Hüseyn Başarana göndərdiyi video yayılıb: "Pul buradadır, qardaş".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ