Quterreş Kipr üçün yenidən hərəkətə keçir


BMT-nin Baş katibi Antonio Quterreşin Kipr məsələsi ilə bağlı danışıqlar prosesini canlandırmaq məqsədilə iyulun 27-28-də adaya səfər edəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, onu BMT-nin Kipr üzrə şəxsi xüsusi nümayəndəsi Maria Holguin müşayiət edəcək.

Məlumata görə, Quterreş səfər çərçivəsində əvvəlcə Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürman və yunan kiprli lider Nikos Xristodulideslə ayrı-ayrılıqda görüşəcək. Daha sonra tərəflərin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Səfər öncəsi BMT Baş katibinin adadakı son vəziyyətlə bağlı BMT Sülhməramlı Qüvvələrinin rəhbəri Kasım Diandan məlumat alacağı bildirilir. Bundan sonra Quterreş Maria Holguinlə birlikdə Nikosiyaya yollanacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ