Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO


Kəlbəcərə gedən yolda, tuneldə avtomobil qəfildən alışıb.

Turkustan.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayonun Zülfüqarlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, yeni inşa olunan tunellərdən birində "Toyota" markalı avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən müdaxilə nəticəsində alov söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


MANŞET XƏBƏRLƏRİ