Ən yüksək nəticə göstərən ONLAR OLDULAR


II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin adları məlum olub.

Turkustan.az xəbər verir ki, II ixtisas qrupu üzrə imtahanın ikinci mərhələsində ən yüksək nəticəni 400 bal toplayan Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 277.3 bal toplayıb.

Hər iki mərhələnin nəticələrinin cəminə görə isə II ixtisas qrupu üzrə ən yüksək göstəriciyə Sumqayıt şəhəri 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğlu imza atıb. O, birinci mərhələdə 297.5, ikinci mərhələdə isə 392.5 bal toplayaraq ümumilikdə 690 bal əldə edib.

III ixtisas qrupu üzrə isə ikinci mərhələdə maksimum nəticə – 400 bal toplayan üç abituriyent olub. Bunlar Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı və Abşeron rayonu Saray qəsəbə 1 saylı orta məktəbinin məzunu Mənsimli Orxan Zaur oğludur.

Məmmədova Aydan İxtiyar qızı imtahanın birinci mərhələsində 279.6, Mənsimli Orxan Zaur oğlu isə 276.1 bal toplayıb.

III ixtisas qrupu üzrə hər iki mərhələnin yekun nəticəsinə əsasən ən yüksək göstəricini isə Məmmədzadə Əli Musa oğlu nümayiş etdirib. O, birinci mərhələdə 289.6, ikinci mərhələdə 400 bal toplayaraq ümumilikdə 689.6 bal əldə edib və qrup üzrə ən yüksək nəticənin sahibi olub. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ